ABA: Azərbaycan bankları yaşıl maliyyəyə 17,6 mlrd. dollara yaxın vəsait yönəltməlidir
sizinxeber.az xəbər saytı

ABA: Azərbaycan bankları yaşıl maliyyəyə 17,6 mlrd. dollara yaxın vəsait yönəltməlidir


2060-cı ilə kimi Azərbaycan bankları tərəfindən yaşıl maliyyəyə 17.6 mlrd. dollar vəsait yönləndirilməlidir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

O bildirib ki, növbəti dövrdə təqribən bank sektoru hazırkı kredit portfeli böyüklüyündə vəsaiti sırf yaşıl layihələrə yönləndirməlidir və bu, olduqca böyük bir çağırışdır.

"Beynəlxalq təcrübədə çıxış yolu kimi bankların yönələ biləcəyi müxtəlif alətlər mövcuddur. Bura dövlət dəstəyi, beynəlxalq maliyyə qurumlarının dəstəyi və kapital bazarları ola bilər. ABA bu istiqamətdə işləri aktiv olaraq davam etdirir və bankaların birgə addımlar ataraq sektor çərçivəsindəki əməkdaşlığı təmin edir"- Zakir Nuriyev əlavə edib.

Oxşar xəbərlər

Zakir Nuriyev: Azərbaycanda Yaşıl Maliyyə Fondunun yaradılmasına ehtiyac yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: Banklar COP-29 zamanı yaşıl keçidlə bağlı öhdəlik götürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB sədri: Bu il yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: Yaşıl Maliyyə Taksonomiyası hökumətə təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər