Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılıb


Bu gündən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılıb.

“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10 %-i qədər, 2-ci dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 20 %-i qədər, 3-cü və daha çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40 %-i qədər olacaq.

Xatırladaq ki, bundan əvvəl maliyyə sanksiyası əmtəəsiz əməliyyatların dəyərinin 6 %-i qədər idi.

Oxşar xəbərlər

Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılıb
"İnnovasiyalar Mərkəzi" auditor seçir
ABŞ nümayəndəsi Qarabağda hərbi əməliyyatların dayandırılmasından danışdı
Növbəti ildən tibb müəssisələrinə ƏDV güzəşti tətbiq ediləcək
ABŞ: İsrail Qəzzada hərbi əməliyyatların intensivliyini azaltmağa razılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər