Azərbaycanda sosial müavinətlər və təqaüdlərlə bağlı YENİLİK
Sosial müdafiə və sosial təminat xərclərindən əhalinin həssas təbəqələrinə ödənilən yaşa, əlilliyə, sağlamlıq imkanları məhdudluğa, ailə başçısını itirməyə, digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsinə 1738,5 milyon manat vəsait ayrılacaq. Qeyd olunan məbləğ 2023-cü ilə nisbətən 301,0 milyon manat və ya 17,3 faiz çoxdur.
Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Ünvanlı dövlət sosial yardımların verilməsinə 457,3 milyon manat (2023-cü il ilə nisbətən 179,5 milyon manat və ya 64,6 faiz çox), “Azərbaycan Respublikası Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq işsiz şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə haqqı ödənilən ictimai işləri ilə bağlı xərclər üçün 285,8 milyon manat (2023-cü il ilə müqayisədə 20,0 milyon manat və ya 7,5 faiz çox) vəsait proqnozlaşdırılıb.
Oxşar xəbərlər
Pensiya və maaşlar artırılır - Büdcə layihəsi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təhsil xərcləri artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sair vergi daxilolmaları üzrə proqnoz 5 % azaldılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial yardımlar nə qədər artırılacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sair qeyri-vergi daxilolmaları üzrə proqnoz 1 % azaldılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












