Mərkəzi Bank "Kredit Evi"ni 50 min manat cərimə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Kredit Evi" ASC-ni və onun vəzifəli şəxsini cərimələyib.
"Sizinxeber.az-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Mərkəzi Bank lombard şirkətində tematik yoxlama aparılıb. Məlum olub ki, ASC cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozub. İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən lombard fəaliyyəti ilə məşğul olan "Kredit Evi" ASC və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən müvafiq olaraq 50 min manat və 10 min manat məbləğində cərimə edilib.
Qeyd edək ki, sözügedən maddələrə əsasən "Kredit Evi" müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət etməyib. Daxili nəzarət proqramını tətbiq etməyib. Bundan əlavə, Mərkəzi Bankın fəaliyyətinə maneələr yaradıb. Yəni, sorğulara cavab verməyib, tələb olunan məlumat və sənədlərin təqdim etməyib, yanlış məlumat və sənədlər verilib.
Oxşar xəbərlər
Mərkəzi Bank "Prior Leasing" şirkətini 50 min manat cərimə edib
Mərkəzi Bank “Paşa Bank”ın vəzifəli şəxsini cərimə edib
Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib
Mərkəzi Bank bir neçə BOKT-un vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













