ABB istedadların inkişafı sahəsində 2 nüfuzlu beynəlxalq mükafat qazanıb
- 5-09-2024, 18:50
- İqtisadiyyat / Maliyyə
- 0
- 1 146
Ölkəmizdə sektorun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB “The Brandon Hall Group” beynəlxalq təşkilatının 2 Mükəmməllik Mükafatına layiq görülüb. Mükafatlardan biri Bankda istedadların idarə olunması ilə bağlıdır. Digəri isə öyrənmə və inkişaf istiqamətindədir. ABB hər iki mükafata əməkdaşlar üçün təşkil etdiyi “Gələcəyin Liderləri” proqramına görə layiq görülüb.
Bank 6 aylıq proqramı bu sahədə ixtisaslaşmış beynəlxalq BTS konsaltinq şirkəti ilə birgə həyata keçirib. Proqramda seçim prosedurlarından keçmiş 30 əməkdaş iştirak edib. Onlar üçün müxtəlif liderlik mövzularını öyrədən fərdi seminarlar təşkil olunub və iştirakçıların fərdi inkişaf planları hazırlanıb. Belə proqramlarda məqsəd yüksək potensiallı əməkdaşların inkişafına dəstək vermək, ABB-nin cari və gələcək layihələri üçün peşəkar bacarıqlara malik biznes liderləri hazırlamaqdır.
“The Brandon Hall Group”un nüfuzlu mükəmməllik mükafatları qlobal biznes və HR icmasında kifayət qədər populyardır. Bu mükafatlar ayrı-ayrı şirkətlərin öyrənmə və inkişaf, istedadların idarə edilməsi, əməkdaşların liderlik bacarıqlarının inkişaf etdirilməsi, təşkilati təkmilləşdirmə və s. bu kimi sahələrdəki nailiyyətlərini qiymətləndirir. İnsan kapitalının idarə edilməsində mükəmməlliyi vurğulayır. Sözügedən mükafatların təqdim olunması üçün əhatəli təhlil və qiymətləndirmələr aparılır. Seçim prosedurlarına görə bu mükafatlar müvafiq kateqoriyalarda ən yüksək standart meyarı sayılır.
1993-cü ildən fəaliyyət göstərən “The Brandon Hall Group” peşəkar inkişaf şirkəti kimi təşkilatlara data, araşdırma, sertifikatlaşdırma və s. sahələrində dəstək verir. Qurum indiyə qədər dünyanın müxtəlif ölkələrində 10 000 000-dan çox işçinin fərdi inkişafına təsir göstərən layihələr həyata keçirib, təşkilatlarda müvafiq istiqamətlərdə mükəmməlliyi gücləndirib və sertifikatlaşdırma aparıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


width="220" alt="DSMF Böyük Britaniyada mükafata layiq görülüb" />
width="220" alt="Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />