DSMF “Global Recognition Awards” beynəlxalq müsabiqəsində mükafata laiq görülüb
DSMF ABŞ-nin aparıcı qiymətləndirmə proqramının müsabiqəsində qalib gələrək “Global Recognition Award 2024” mükafatına layiq görüldü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ABŞ-nin aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Global Recognition Awards” beynəlxalq müsabiqəsində də uğur qazanıb.
Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Kanada, İspaniya, Mərakeş, Avstraliya, Yunanıstan və digər ölkələrin dövlət və özəl qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların da iştirak etdiyi müsabiqədə DSMF-nin müsabiqə işini münsiflər ən yüksək balla qiymətləndiriblər.
Sahibkarlıq, innovasiya, korporativ məsuliyyət sahəsində ən yaxşı nailiyyətləri tanıdan bu müsabiqənin qalibi seçilən Fond “Global Recognition Award 2024” mükafatına layiq görülüb.
Həmin mükafat müstəsna nailiyyətlərinə, rifah səviyyəsinə verdiyi töhfələrə görə fərqlənən, rəqəmsal texnologiyaları, innovativ yanaşmaları geniş tətbiq və təşviq edən təşkilatlara verilir.
Xatırladaq ki, bu mükafat DSMF 2024-cü il ərzində layiq görüldüyü 19-cu, 2021-2024-cü illər ərzində 42-ci beynəlxalq mükafatdır.
Oxşar xəbərlər
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqədə uğur qazanıb
İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb
Fevral ayının sosial ödənişləri yekunlaşıb
Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü başa çatıb - FOTO - YENİLƏNİB-1
ƏƏSMN və qurumları bu ilin ilk yarısında 50 beynəlxalq mükafat və sertifikatla təltif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













