AMB: "10 ayda 700-800 min manat vəsait fırıldaqçılığın qurbanı olub" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
dek
2023
12:46

AMB: "10 ayda 700-800 min manat vəsait fırıldaqçılığın qurbanı olub"

19 dek, 2023
12:46
745

AMB: "10 ayda 700-800 min manat vəsait fırıldaqçılığın qurbanı olub"

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda emissiya olunmuş kartlarla 80 milyard manatlıq dövriyyə qeydə alınıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) şöbə rəisi Ramil Mahmudov bildirib.

Onun sözlərinə görə, 10 aylıq dövriyyənin təxminən 700-800 min manatlıq hissəsi fırıldaqçılığın qurbanı olub.

“Bu dövriyyənin təkibində kiçikdir, ancaq say hesabı olaraq çoxdur", - deyə AMB rəsmisi qeyd edib.

Bizimlə əlaqə saxlayın