ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” Azərbaycanla bağlı inflyasiya proqnozunu yenidən nəzərdən keçirib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, 2025-ci il üzrə inflyasiya proqnozu 5,3%-dən 5,4%-ə, 2026-cı il üzrə 5,1%-dən 5,3%-ə kimi artırıb. Bankın 2027-ci il üzrə inflyasiya gözləntisi isə 8,9 faiz təşkil edib.
Bank analitikləri bu ilin dördüncü rüb üzrə proqnozlarını 4,8%-dən 5,1%-ə kimi artırıblar. 2026-cı ilin ilk rübü üzrə proqnoz 4,9% (+0,3%), ikinci rüb üzrə 5,1% (0,2%), üçüncü rüb üzrə 5,3%(0,1%) və dördüncü rüb üzrə 5,7% müəyən edilib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,1 %, gələn il isə 4,3 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.
BMT-nin gözləntilərinə görə, bu il inflyasiya 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq.
Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,7 %, illik inflyasiya 5,2 %, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək.
“S&P Global” və “Moody's” beynəlxalq reytinq agentlikləri 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4 %, 2026-cı ildə isə 3 % səviyyəsində, “Fitch Ratings” isə 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,6 % səviyyəsində proqnozlaşdırır.
Oxşar xəbərlər
ING Azərbaycan üzrə inflyasiya proqnozunu artırıb
ING Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib
BMT Azərbaycanın inflyasiya proqnozunu azaldıb
ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxlayıb
Trading Economics: Bu il Azərbaycanda inflyasiya 4%-dən yuxarı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












