Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 163 mlrd. manatı ötüb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 30 iyun tarixinə ümumi 163 172,4 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
Bu barədə "APA-Economics" Dövlət Neft Fonduna istinadən xəbər verir.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 240,5 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Əlavə etmək lazımdır ki, 2025-ci il iyun ayının 30-na ARDNF-nin aktivləri cari ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 10,8% artaraq 66 515,6 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.
Oxşar xəbərlər
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi açıqlanıb
ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 150 mlrd. manatı ötüb
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 160 mlrd. manata yaxınlaşır
2025-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə transfert 1,7 mlrd. manat artırılır
ARDNF-in aktivləri 11%-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












