Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi açıqlanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 1 yanvar tarixinə ümumi 155 931,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
Bu barədə "APA-Economics" Dövlət Neft Fonduna istinadən xəbər verir.
Qeyd edək ki, ötən il ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 12 781 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Əlavə etmək lazımdır ki, 2024-cü il dekabr ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 mln. ABŞ dolları) nisbətən 7,1% artaraq 60 031,4 mln. ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.
Oxşar xəbərlər
ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 150 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
2025-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə transfert 1,7 mlrd. manat artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft qiymətlərinin ARDNF-nun gəlirlərinə təsiri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft Fondunun aktivləri 62 mlrd. dollara yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft Fondunun aktivləri 60 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













