Azərbaycanda xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrləri başa çatıb
Azərbaycan Mərkəzi Bankının (AMB) tətbiq etdiyi xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə seçilən innovativ məhsulların sınaq dövrü tamamlanıb.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, ilk mərhələdə sınağa qəbul olunan dörd məhsulun qiymətləndirməsi nəticəsində aşağıdakı qərarlar qəbul olunub:
“Pasha Pay” MMC - “m10” tətbiqinin “Binance” platforması ilə inteqrasiyası - Layihə kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçüb “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və cüzdanlardan məxaric edə bilərlər. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.
“Unicapital İnvestisiya Şirkəti” ASC - “Kriptobroker” platforması - virtual aktivlərin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.
“Mobile Payment Solutions” MMC - “PortCoin” kripto valyutası - Layihə çərçivəsində "PortCoin" kriptovalyutası emissiya edilib, portmanat istifadəçilərinə investisiya məqsədilə təqdim edilib. Sınaq müddətində gözlənilən sınaq nəticələrin əldə olunmaması səbəbindən layihənin icrası dayandırılıb.
“Svort” MMC - Kripto ticarət platforması - layihə virtual aktivlərin (tokenlərin) fiat vəsaitlə alqı-satqısını, müxtəlif tokenlərin bir-biri ilə dəyişdirilməsini, kriptovalyuta cüzdanlarının açılması və müştərilərin virtual aktivlərinin təhlükəsiz saxlanılmasını təmin edirdi. Sınaq müddətində gözlənilən sınaq nəticələrin əldə olunmaması səbəbindən layihənin icrası dayandırılıb.
Xatırladaq ki, xüsusi tənzimləmə rejiminin məqsədi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və AMB-nin nəzarəti altında sınaqdan keçirilməsi və uğurlu nəticə göstərən məhsulların geniş miqyasda tətbiqi üçün normativ-hüquqi əsasların formalaşdırılmasıdır.
Oxşar xəbərlər
AMB xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək innovativ məhsulları müəyyən edib
4SIM “Binance”la Anlaşma Memorandumu imzalayıb
AMB xüsusi tənzimləmə rejiminə qəbul edilən məhsulların sayını açıqlayıb
AMB xüsusi tənzimləmə rejimi üçün növbəti müraciətlərin qəbuluna başlayır
Mərkəzi Bank xüsusi tənzimləmə rejimi ilə bağlı müraciətlərin növbəti qəbuluna başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












