AMB: Fintex subyektlərinin Ani Ödənişlər Sisteminə inteqrasiyası müzakirə edilib
sizinxeber.az xəbər saytı

AMB: Fintex subyektlərinin Ani Ödənişlər Sisteminə inteqrasiyası müzakirə edilib


Azərbaycan Mərkəzi Bankında (AMB) fintex subyektlərinin Ani Ödənişlər Sisteminə inteqrasiyası müzakirə edilib.

"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüşdə bu ilin I yarısında fintex ekosistemində müşahidə olunan əsas trendlər və inkişaf prioritetləri ətraflı müzakirə olunub.

Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi və fintex subyektlərinin bu sistem vasitəsilə innovativ həllərə çıxış imkanlarının artırılması, eləcə də elektron pul və ödəniş təşkilatlarının fəaliyyətlərinin ƏL/TMM və informasiya təhlükəsizliyi üzrə qanunvericilik tələblərinə tam uyğunluğunun təmin edilməsi və komplayens risklərinin effektiv idarə olunması məsələləri görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşdə həmçinin xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi və tətbiq imkanları, açıq bankçılıq sahəsində aparılan işlər, virtual aktivlər, onların təminatçılarının fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycanda rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycan fintexlərinin I rübdəki fəaliyyətinin nəticələri müzakirə olunub
Türk Dövlətləri Fintex Alyansı yaradılıb
Azərbaycanda maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunması müzakirə edilib
Azərbaycan fintexləri ilə birgə həyata keçiriləcək təşəbbüslər müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər