“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub
sizinxeber.az xəbər saytı

“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub


Noyabrın 27-dən başlayaraq Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedicisi olduğu "Muğan Bank" ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayacaq.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” müflis elan edilib və ƏSF adıçəkilən Bankın ləğvedicisi təyin edilib. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Muğan Bank” da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən olunub.

"Əmanətlərin sığoratalanması haqqında" qanunun 28.3-cü maddəsinə əsasən ƏSF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı ƏSF-nin saytından əldə edə bilərsiniz.

www.adif.gov.az

Oxşar xəbərlər

"Muğan Bank"ın əmanətçilərinə şad xəbər!
“Muğan Bank”a məxsus əməkhaqqı kartlarındakı pulların aqibəti necə olacaq?
Taleh Kazımov: Bankların ləğvetmə prosesində çatışmazlıqlar var
Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb
S&P Azərbaycanın bank sistemi ilə bağlı qiymətləndirməsini yaxşılaşdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər