Əmanətlərin Sığortalanması Fondu "Naxçıvan Bank"ı reyestrindən çıxarıb
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş "Naxçıvan Bank" ASC-ni üzv bankların reyestrindən çıxarıb, banka verdiyi şəhadətnaməni ləğv edib.
"Sizinxeber.az" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar "Əmanətlərin sığortalanması haqqında" qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq qəbul edilib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvan Bank”ın lisenziyası onun öz müraciəti əsasında, “Banklar haqqında” qanunun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq ləğv edilib.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" qanunun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
| Reyestrə daxil olma tarixi | Bankın adı | |
| 1 | 30.07.07 | "XALQ"Bankı ASC |
| 2 | 30.07.07 | "Azərbaycan Beynəlxalq Bankı"ASC |
| 3 | 30.07.07 | “ACCESSBANK” QSC |
| 4 | 30.07.07 | Melli İran Bankı Bakı filialı |
| 5 | 30.07.07 | "Azər-Türk Bank" ASC |
| 6 | 30.07.07 | "Bank of Baku" ASC |
| 7 | 30.07.07 | "Bank Respublika" ASC |
| 8 | 30.07.07 | "Kapital Bank" ASC |
| 9 | 30.07.07 | "YELO BANK" ASC |
| 10 | 30.07.07 | "Rabitəbank" ASC |
| 11 | 30.07.07 | "TURANBANK" ASC |
| 12 | 30.07.07 | "UNİBANK" KB ASC |
| 13 | 30.07.07 | Yapı Kredi Bank Azərbaycan QSC |
| 14 | 07.08.07 | "Expressbank"ASC |
| 15 | 10.09.07 | "Azərbaycan Sənaye Bankı" ASC |
| 16 | 04.12.07 | "Bank Avrasiya" ASC |
| 17 | 04.12.07 | "Paşa Bank" ASC |
| 18 | 16.01.09 | "AFB BANK"ASC |
| 19 | 26.02.09 | BANK VTB (AZƏRBAYCAN) ASC |
| 20 | 28.04.09 | PREMIUM BANK ASC |
| 21 | 15.04.10 | Bank "BTB" ASC |
| 22 | 15.05.15 | "Ziraat Bank Azərbaycan" ASC |
Oxşar xəbərlər
“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Muğan Bank"ın əmanətçilərinə şad xəbər! [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Muğan Bank”a məxsus əməkhaqqı kartlarındakı pulların aqibəti necə olacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: Bankların ləğvetmə prosesində çatışmazlıqlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












