Naxçıvanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb
Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında maliyyələşdirilən ipoteka kreditlərinin məbləği 1 milyon 933 min manat təşkil edib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 141 min manat və yaxud 144 % (2,4 dəfə) çoxdur.
"İpoteka kreditləri üzrə bu artım Naxçıvan muxtar respublikasında əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış sahələrinə olan tələbatın qarşılanması və sosial rifahın artırılması istiqamətində həyata keçirilən tədbirlərin real nəticəsidir. Regionda ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi və vətəndaşlara daha əlverişli şərtlərlə maliyyə dəstəyi göstərilməsi məqsədilə sistemli işlər davam etdirilir", - deyə F.Nəcəfli qeyd edib.
Oxşar xəbərlər
Naxçıvanda POS-terminalların sayı 21 % artıb
Naxçıvanda dövlət xəttilə verilən ipoteka kreditlərinin maksimal məbləği artırılıb
Naxçıvanda I yarımildə iqtisadi artım ölkə göstəricisini 3 dəfə üstələyib
Azərbaycanda 4 ayda dövlət xəttilə 182 milyon manat ipoteka krediti verilib
Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












