Naxçıvanda POS-terminalların sayı 21 % artıb
Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında 3 146 ədəd POS-terminal olub.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.
Onun sözlərinə görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə təxminən 21 % çoxdur.
Bundan başqa, F.Nəcəfli qeyd edib ki, bu ilin I yarısında muxtar respublikada POS-terminallar üzrə dövriyyə 50,2 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 20,7 % çoxdur.
"İl ərzində nəzarət-kassa aparatları üzrə dövriyyə 18,3 % artaraq 184,9 milyon manat olub. Eyni zamanda, nağdsız əməliyyatlar üzrə dövriyyə 493,6 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 32,8 % artım deməkdir", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Naxçıvanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 20 %-ə yaxın artıb
Naxçıvanda I yarımildə iqtisadi artım ölkə göstəricisini 3 dəfə üstələyib
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 18 %-dən çox artıb
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 2 dəfəyə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













