Naxçıvanda I yarımildə iqtisadi artım ölkə göstəricisini 3 dəfə üstələyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2025
17:30
0
0
1 604
ff aaaaaaa

Naxçıvanda I yarımildə iqtisadi artım ölkə göstəricisini 3 dəfə üstələyib

21 iy, 2025
17:30
1 604

Naxçıvanda I yarımildə iqtisadi artım ölkə göstəricisini 3 dəfə üstələyib

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 760 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.

Onun sözlərinə görə, bu, ötən eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.

Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycanda 62 milyard 78,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox ÜDM istehsal olunub. Başqa sözlə, muxtar respublikada iqtisadi artım tempi ölkə üzrə göstəricini 3 dəfə üstələyib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul