"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
sizinxeber.az xəbər saytı

"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib


"Premium Bank” və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə “Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.1-ci maddəsinə əsasən "Premium Bank” ASC 50 000 (əlli min) manat məbləğində, İXM-nin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə "Premium Bank” ASC-nin vəzifəli şəxsi 10 000 (on min) manat məbləğində cərimə edilib.

Oxşar xəbərlər

Azərbaycanda bank və onun vəzifəli şəxsi cərimə edilib
Azərbaycanda iki bankın vəzifəli şəxsi cərimələnib
AMB “PARA” BOKT və “Azinvestkedit” BOKT-un vəzifəli şəxslərini cərimə edib
Mərkəzi Bank "Prior Leasing" şirkətini 50 min manat cərimə edib
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər