Dövlət Neft Fondu media nümayəndələri üçün təlim keçirib
sizinxeber.az xəbər saytı

Dövlət Neft Fondu media nümayəndələri üçün təlim keçirib


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 24 iyul 2025-ci il tarixində media nümayəndələri üçün “ARDNF-nin investisiya portfeli və gəlirlilik yanaşması” mövzusunda təlim təşkil edib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, tədbirin məqsədi Fondun investisiya strategiyası, aktivlərin bölgüsü və gəlirlilik göstəriciləri barədə media nümayəndələrinə daha dolğun və təhlilə əsaslanan məlumat təqdim etmək, həmçinin bu mövzularda ictimai məlumatlılığın artırılmasına töhfə vermək olub.

Təlim ARDNF-nin Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə Mehralıyevanın açılış nitqi ilə başlayıb. O, media ilə qurulan qarşılıqlı etimada əsaslanan əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu cür bilik mübadiləsinin Fondun fəaliyyətinin şəffaf şəkildə təqdim olunması baxımından önəmini qeyd edib.

Təlimin ilk təqdimatında Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy suveren sərvət fondlarının investisiya portfellərinin formalaşdırılması prinsiplərindən və bu sahədə beynəlxalq təcrübələrdən danışıb. O, ARDNF-nin investisiya strategiyasının əsas elementlərini və risklər nəzərə alınmaqla tətbiq olunan portfel modelini ətraflı şəkildə təqdim edib.

Ardınca eyni departamentin Aktivlərin bölgüsü, risk və gəlirliliyi şöbəsinin müdiri Toğrul Rəhimbəyli investisiya portfelinin altportfelləri üzrə gəlirlilik göstəricilərinin hesablanmasına dair texniki və metodoloji yanaşmaları iştirakçılarla bölüşüb. O, uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsində risklərin ölçülməsi və balanslaşdırılmış portfel strukturunun əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbir Fondun 2025-ci ilin ilk yarım ili üzrə fəaliyyəti barədə təqdimatla davam edib. Ülviyyə Mehralıyeva hesabat dövründə əldə olunmuş maliyyə nəticələri, həyata keçirilən əsas investisiya əməliyyatları və portfel üzrə əsas trendlər barədə ətraflı məlumat verib.

Oxşar xəbərlər

Ötən il ARDNF daşınmaz əmlak portfeli üzrə 3.7% zərər edib
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb
ARDNF-də mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO
Dövlət Neft Fondu İtaliyadakı investisiya portfelinin həcmini açıqlayıb
Dövlət Neft Fondu ötən il 45 tona yaxın qızıl alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər