ARDNF qızılın alışını dayandırıb - EKSKLÜZİV
Bu ilin II rübündən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıla investisiya qoyuluşunu dayandırıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Fonddan bildirilib.
"ARDNF-in investisiya siyasətinə uyğun olaraq, qızıl altportfelinin payı ümumi investisiya portfelinin 25 %-i qədər müəyyən edilib, bu hədəfdən maksimal yuxarı uzaqlaşma intervalı isə 4 % təsbit olunub. 2025-ci ilin II rübündə Fondun qızıl altportfeli ilkin planlamaya əsasən nəzərdə tutulmuş həddə çatdırılaraq ümumilikdə 181,1 ton təşkil edib. Bu səbəbdən qeyd olunan dövrdən etibarən qızıl üzrə yeni investisiya əməliyyatlarının həyata keçirilməsi müvəqqəti dayandırılıb. Bununla yanaşı, bazar şərtləri və investisiya portfelinin ümumi vəziyyətindən asılı olaraq, gələcəkdə bu məsələyə yenidən baxılması mümkündür", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, II rübdə ARDNF 15,8 ton qızıl alıb. İyulun 1-nə Fondun investisiya portfelində qızılın xüsusi çəkisi 28,8 % olub ki, bu da aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.
Oxşar xəbərlər
ARDNF II rübdə 16 tona yaxın qızıl alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondunun investisiya portfelində qızılın payı 26%-i ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-in aktivlərində qızılın həcmi 170 tona çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF investisiya portfelində daşınmaz əmlakın payını artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












