Azərbaycan və Abu Dabi kapital bazarındakı məlumat mübadiləsini gücləndirir
Azərbaycan və Abu Dabi məlumat mübadiləsi üzrə əməkdaşlıqda növbəti mərhələyə keçir.
Bunu jurnalistlərlə görüşdə "Report"un sualını cavablandıran "Bakı Fond Birjası" QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, daha əvvəl yaradılması nəzərdə tutulan Azərbaycan–Abu Dabi maliyyə informasiya mübadiləsi platforması üzrə işlər davam etdirilir və artıq sazişin imzalanması mərhələdədir: “Biz bu əməkdaşlıq çərçivəsində fərqli informasiya kanalları üzərindən məlumatların paylaşılmasını təmin edəcək bir sistem üzərində işləyirik. Məqsəd – qarşılıqlı təcrübə və informasiya mübadiləsini gücləndirmək, həmçinin maliyyə bazarlarının effektivliyini artırmaqdır”.
O.Qasımov əlavə edib ki, imzalanması planlaşdırılan sazişdə informasiya təhlükəsizliyi, texniki dəstək və tərəflərin qarşılıqlı öhdəlikləri aydın şəkildə əks olunub: “Saziş imzalandıqdan sonra inteqrasiya və test mərhələsinə başlanacaq. Bu, platformanın funksional və şəffaf şəkildə tətbiqinə imkan verəcək”.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan fond bazarlarının inteqrasiyasını hədəfləyir
Azərbaycan və BƏƏ-nin kapital bazarları arasında əməkdaşlıq əlaqəsi qurulub
Azərbaycan və Qazaxıstan "yaşıl istiqraz"a dair təcrübə mübadiləsi apara bilər
Azərbaycanda "E-rüsum” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib
Sabah ACIP-yə üzv ölkələrin kredit büroları Anlaşma Memorandumu imzalayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












