Sabah ACIP-yə üzv ölkələrin kredit büroları Anlaşma Memorandumu imzalayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
11:00

Sabah ACIP-yə üzv ölkələrin kredit büroları Anlaşma Memorandumu imzalayacaq

23 in, 2025
11:00
381

Sabah ACIP-yə üzv ölkələrin kredit büroları Anlaşma Memorandumu imzalayacaq

Sabah Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiyasiyasının (ACIP) üzvü olan ölkələrin kredit büroları kredit məlumatlarının mübadiləsi və qarşılıqlı anlaşma ilə bağlı memorandum imzalayacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu ACIP İdarə Heyətinin sədri, Qazaxıstana məxsus "First Credit Bureau"nun (FCBK) rəhbəri Ruslan Omarov Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında bildirib.

Onun sözlərinə görə, bu, prosesə qoşulan ölkələr arasında məlumat mübadiləsini qurmaq üçün ilk addım olacaq.

Qonaq qeyd edib ki, assosiasiyanın hər görüşü ölkələrin kredit bürolarını böyük və mehriban ailə kimi bir araya gətirir: “Hər dəfə aktual məsələləri müzakirə edirik. Burada iştirak edən peşəkarlar öz ölkələrində maliyyə infrastrukturuna cavabdeh şəxslərdir. Onlar kredit məlumatı sahəsində qeyri-bərabərliyi aradan qaldırmaqla maliyyə qərarlarının keyfiyyətini artırırlar”.

R. Omarov qeyd edib ki, müasir dövrdə məlumat artıq aktivə çevrilib və kredit büroları bu məlumatı toplayaraq maliyyə sektoru üçün sisteməyönəldici rol oynayırlar: “Kredit büroları maliyyə institutları arasında informasiya mübadiləsini təmin edən etimad zonası formalaşdırır. Kredit məlumatı həm şəffaflığın, həm də maliyyə inklüzivliyinin əsasını təşkil edir. Bu səbəbdən həmin məlumatların qorunması və yalnız bazarın iştirakçıları ilə bölüşülməsi vacibdir”.

Onun sözlərinə görə, ACIP çərçivəsində artıq müxtəlif təcrübə mübadilələri və tədbirlər həyata keçirilib: “Hər bir ölkənin kredit sistemi özünəməxsus xüsusiyyətlərə malikdir. Təcrübə və məhsulların paylaşılması hər birimizi gücləndirir. ACIP-in üzvləri assosiasiyaya böyük töhfə verir və assosiasiya dinamik inkişaf edir”.

Bizimlə əlaqə saxlayın