Unicapital kapital bazarının ən fəal marketmeykeri olub
Bakı Fond Birjası 2025-ci ilin yanvar-iyun ayları üzrə kapital bazarlarında ən fəal iştirakçıları açıqlayıb. Unicapital İnvestisisya Şirkəti “Ən aktiv marketmeyker” kimi birinci yerin sahibi olub.
BFB-nin yarımillik hesabatına əsasən, Unicapital 3227 əqd həyata keçirərək bazarın dinamik və səmərəli işləməsinə mühüm töhfə verərək, bu kateqoriya üzrə lider mövqeyinə yüksəlib. Qeyd edək ki, marketmeykerlər maliyyə alətlərinin alış və satış qiymətlərini formalaşdıran, bazarda fasiləsiz ticarətin və qiymət sabitliyinin qorunmasına dəstək verən əsas iştirakçılardan biridir.
Bununla yanaşı, Unicapital digər istiqamətlərdə əldə etdiyi nəticələrlə sektorda güclü mövqeyini bir daha təsdiqləyib:
- Ən aktiv brokerlər arasında – təkrar bazar əqdlərinin sayına görə 2-ci yer (3520 əqd)
- Ən fəal anderrayterlər arasında – həyata keçirilmiş emissiya sayı üzrə 2-ci yer (4 istiqraz buraxılışı).
Bu göstəricilər bir daha sübut edir ki, Unicapital kapital bazarının bütün seqmentlərində dayanıqlı və fəal iştirakçı olaraq çıxış edir. Şirkət gələcəkdə də bazarın inkişaf tempini daha da artırmağı və müştərilərin tələblərinə tam cavab verən yeni imkanlar təqdim etməyi hədəfləyir.
Xatırladaq ki, 2007-ci ildən bəri fəaliyyət göstərən Unicapital Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür.
Oxşar xəbərlər
Unicapital investisiya ilə maraqlanan xanımlar üçün tədbir təşkil edib - FOTO
Unicapital İnvestisiya Şirkəti 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb
“Unicapital İnvestisiya Şirkəti”nin səhmdarlarının yığıncağı keçiriləcək
"Bakı Fond Birjası" Listinq Məsləhət Proqramını yeniləyib
İnvestisiya imkanı artıq Yelo App-də!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












