Maliyyə Nazirliyi növbəti depozit hərracları keçirib
sizinxeber.az xəbər saytı

Maliyyə Nazirliyi növbəti depozit hərracları keçirib


İyulun 11-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracları təşkil edilib. Hərracların nəticələrinə əsasən ümumilikdə 850 milyon manat məbləğində xəzinə vəsaitinin banklarda yerləşdirilməsi təmin edilib.

Sizinxeber.az-Economics” nazirliyi isitnadən verdiyi məlumata görə, kapitallaşma və aktivlərinin həcminə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankda 28 gün müddətinə, 7,25% orta çəkili faiz dərəcəsi ilə 350,0 milyon manat məbləğində vəsait depozitə yerləşdirilib.

Digər hərrac üzrə təklif təqdim edən dörd bankda isə 90 gün müddətinə, eyni – 7,25% orta çəkili faiz dərəcəsi ilə 500,0 milyon manat məbləğində xəzinə vəsaiti depozitə yerləşdirilib.

Oxşar xəbərlər

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracları keçirib
Maliyyə Nazirliyi xəzinə qalığı ilə bağlı növbəti depozit hərracı keçirib
Maliyyə Nazirliyi yerli banklara əlavə 500 mln. manat depozit yerləşdirib
Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər