Naxçıvanın xarici ticarət dövriyyəsi 12,6 % azalıb
sizinxeber.az xəbər saytı

Naxçıvanın xarici ticarət dövriyyəsi 12,6 % azalıb


Bu ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 57 milyon 566 min 140 ABŞ dolları təşkil edib.

Bu barədə "Sizinxeber.az"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ticarət dövriyyəsinin 5 milyon 814 min 130 dollarını və ya 10,1 faizini ixrac olunmuş məhsulların, 51 milyon 752 min 10 dollarını və ya 89,9 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12,6 faiz, o cümlədən idxal 15,0 faiz azalıb, ixrac isə 16,0 faiz artıb.

Oxşar xəbərlər

Naxçıvanın xarici ticarət dövriyyəsi I rübdə 10 %-dən çox artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 15 %-ə yaxın artıb
Azərbaycan Aİ ölkələri ilə ticarət dövriyyəsini 28 %-ə yaxın artırıb
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb
Azərbaycanın idxalında azadolmaların həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər