Sahil Babayev: "Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib"
Azərbaycanın strateji valyuta ehtiyatları 74 milyard ABŞ dollarını keçib.
"Sizinxeber.az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında - “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsin III oxunuşda müzakirəsi zamanı bildirib.
"İnanıram ki, bu göstərici getdikcə artacaq. Yekdil rəy odur ki, 2024-cü il Azərbaycan üçün uğurlu il olub, makro-iqtisadi və makro-fiskal siyasət, dövlət proqramları, o cümlədən "Böyük qayıdış" proqramı uğurla icra edilib, 15 mindən çox vətəndaşımız doğma yurdunda məskunlaşmağa başlayıb, sosial rifah məsələləri həll edilib, ölkəmizin müdafiə qabiliyyəti artırılıb", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Əli Əsədov: "Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir"
IMF 2031-ci ilə qədər Azərbaycanın strateji valyuta ehtiyatları ilə bağlı proqnozları açıqlayıb
Nazir dekabrda büdcə xərclərinin artmasına aydınlıq gətirib
Azərbaycan parlamenti büdcənin icrasını I oxunuşda qəbul edib
IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2030-cu ilə qədər 72 milyard dolları keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
