sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda Türk dövlətlərinin kredit büroları platformasının yaradılması haqqında memorandum imzalanıb
Türk dövlətlərin kredit büroları platformasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
“Report”un məlumatına görə, imzalanma mərasimi bu gün Bakıda "Fintex Summit 2025" sərgisi çərçivəsində baş tutub.
Memorandumu Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov, Türkiyə Kredit Bürosunun rəhbəri Orkun Deniz, Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiyasiyası (ACIPE) İdarə Heyətinin sədri, Qazaxıstanın “First Credit Bureau”nun rəhbəri Ruslan Omarov, Özbəkistanın "Kredit-informasiya analitik mərkəzi" Kredit Bürosunun rəhbəri Ravşan Abdukərimov, Qırğızıstanın "İşenim" Kredit Bürosunun baş direktoru Marlis Duyşequlov imzalayıblar.
Oxşar xəbərlər
Sabah ACIP-yə üzv ölkələrin kredit büroları Anlaşma Memorandumu imzalayacaq
Azərbaycanda “Kredit büroları haqqında” qanun dəyişib
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
ACIPE sədri: Kredit büroları maliyyə bazarlarında informasiya asimmetriyasını azaldır
ACIPE üzv ölkələr arasında kredit məlumatlarının mübadiləsinə dair memorandum imzalanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













