Gecikmiş kreditə nə qədər və hansı müddətdə cərimə tətbiq edilə bilər?
Kredit gecikmələrinə görə tətbiq edilən cərimələr bəzən ümumi borcun əhəmiyyətli hissəsinə çevrilir. Nəticədə vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizləri hesabına daha da artır.
Maraqlıdır, qanunvericiliyə əsasən, ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər?
Sizinxeber.Az Xəzər TV-yə istinadla xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, əgər vətəndaş istehlak krediti götürürsə, bu halda gecikməyə görə maksimum 5 faiz əlavə cərimə təyin edilə bilər.
Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Üzərinə 2 faiz əlavə edilməklə, biznes kreditlərində isə maksimum 9 faizə qədər gecikmə faizi tətbiq oluna bilər.
Ekspert, həmçinin qeyd edib ki, bütün cərimə şərtləri kredit müqavilələrində mütləq göstərilməlidir.
Yeri gəlmişkən, Mərkəzi Bankın bu ilin iyul ayının sonuna olan məlumatına əsasən, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529.4 milyon manatının ödəniş müddəti keçib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz və ya 34.7 milyon manat çoxdur.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Gürcüstanda əcnəbilərlə bağlı cərimələr artırılır və yeni cəza növü tətbiq olunur
Mərkəzi Bank "Kredit Evi"ni 50 min manat cərimə edib
"Azpulmat" və "Manato" qaydaya əməl etmir: Faizlər hələ də yüksəkdir
Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib
AMB “Bank BTB”nin vəzifəli şəxsinə 2 min manat cərimə tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








