Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
sizinxeber.az xəbər saytı

Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu


Həbs dairəsinin genişlənəcəyini düşünmürəm. Çünki Azərbaycanda dövlət çevrilişi ilə bağlı hər hansı hərəkətlilik və ya şübhəli proses müşahidə etməmişik. Amma istisna etmirəm ki, iqtidarın əlində ictimaiyyətə məlum olmayan materiallar var. Buna görə də istintaqın şəffaf aparılmasına ümid etməli və prosesin sonunu gözləməliyik.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı danışarkən deyib.

O, Əli Kərimlinin ağır maddə ilə (hakimiyyətin ələ keçirilməsinə cəhd) həbs olunmasının AXCP-nin ləğvinə səbəb ola biləcəyi ehtimalından da danışıb:

“Burada söhbət partiyanın sədrindən, Əli Kərimlidən gedir. Yalnız partiya rəhbərliyi və orqanları hər hansı qanunsuz qərarı kollektiv şəkildə qəbul edibsə, o zaman partiyanın bağlanması gündəmə gələ bilər. Qanunvericiliyə görə, ayrı-ayrı üzvlərin törətdiyi cinayətə görə partiya məsuliyyət daşımır. Lakin partiyanın özünün hansısa qanunsuz addımı və ya qərarı sübuta yetirilərsə, o halda partiyanın bağlanması üçün hüquqi prosedurlar işə düşə bilər”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli “Ramiz Mehdiyev işi” çərçivəsində istintaqa cəlb edilib. O, CM-in 278.1-ci maddəsi ilə ittiham edilib və barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
Keçmiş AXCP üzvü Əli Kərimlini məhkəməyə verib
Məhkəmə Əli Kərimli barəsində edilən şikayəti icraata götürüb
Mehdiyev-AXCP paralelləri: Köhnə şəbəkənin yeni forması
AXCP və Müsavat seçkilərdə iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər