Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
dek
2025
12:03
0
0
4 559
ff aaaaaaa

Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır

02 dek, 2025
12:03
4 559

Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.

Sizinxeber.Az gununsesi.info-a istinadən xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.

Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.

Bu arada AXCP sədrinin vəkili Aqil Layıc müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.

Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul