Azərbaycan banklarında ekoloji risklərin idarə edilməsi üzrə təlimat təsdiqlənib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklarda ekoloji risklərin idarə edilməsi üzrə ”ı təsdiq edib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, AMB maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyasına yönəlmiş Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin (2023-2026) icrası üzrə tədbirləri davam etdirir. Bu istiqamətdə həyata keçirilən növbəti təşəbbüslərdən biri iqlim və digər ekoloji risklərin bankların risk idarəetməsi sistemlərinə inteqrasiyası ilə bağlıdır. Bununla əlaqədar, AMB-nin İdarə Heyətinin 11 iyul 2024-cü il tarixli qərarı ilə “Banklarda ekoloji risklərin idarə edilməsi üzrə təlimat” sənədi təsdiq edilib. Təlimat beynəlxalq standartlara, qabaqcıl beynəlxalq təcrübəyə və yerli bank sektorunun xüsusiyyətlərinə əsaslanaraq hazırlanıb. Təlimatın əsas məqsədi iqlim və digər ekoloji risklərin banklarda risklərin idarə edilməsi sisteminə inteqrasiyasını və həmin risklərə qarşı dayanıqlılığının artırılmasını təmin etməkdir. Sənəd tövsiyə xarakteri olmaqla Mərkəzi Bankın dayanıqlı maliyyəyə keçid üzrə siyasətinin reallaşdırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Ziraat Bank Azərbaycanın Müşahidə şurasına yeni üzv təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekspert: “COP29-un Azərbaycanda keçirilməsi qlobal problemlərin həllində strateji təşəbbüsdür” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəfinələrin hərracda satılması barədə təlimat təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslər hərbi qeydiyyata alınacaq - Qərar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












