Azərbaycanda dəfinələrin hərracda satılması barədə təlimat təsdiqlənib
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərraca çıxarılması və hərracda satılması barədə Təlimat”ı təsdiq edib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Əvəzində keçmiş İqtisadi İnkişaf Nazirliyinin 28 mart 2003-cü il tarixli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin 3 iyun 2003-cü il tarixli şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın hərraca çıxarılması və hərracda satılması barədə Təlimat” ləğv edilib.
Nazirliyin Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılıb ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görsün.
Oxşar xəbərlər
"Sintetik uçotun aparılması Qaydası” AMB-yə aid edilməyəcək
Azərbaycanda poçt ödənişlərinin təsdiqinə dair çıxarışı 5 il ərzində əldə etmək mümkün olacaq
Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edilib
Azərbaycanda bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi müəyyənləşib
Azərbaycanda 13 nəqliyyat vasitəsi özəlləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












