DTX-nin səlahiyyətləri artırıldı - Qərar
sizinxeber.az xəbər saytı

DTX-nin səlahiyyətləri artırıldı - Qərar


Nazirlər Kabineti “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” qərar verib.

Sizinxəbər.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinin sanitar-epidemioloji, ambulator-poliklinik və stasionar yardım üzrə tibb xidmətləri ilə təmin olunması “Hərbi qulluqçuların statusu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçiriləcək.

Maliyyə Nazirliyinə bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublilkası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Oxşar xəbərlər

Bu şəxslər hərbi qeydiyyata alınacaq - Qərar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB-in səlahiyyətləri artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər