Qasım Mohiuddin: Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması üçün Azərbaycana dəstək göstərməyə hazırdır
sizinxeber.az xəbər saytı

Qasım Mohiuddin: Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması üçün Azərbaycana dəstək göstərməyə hazırdır




Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması Azərbaycana dəstək göstərməyə hazırdır.

Sizinxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.

Onun sözlərinə görə, COP29 Azərbaycan üçün əlamətdar hadisədir: "Biz beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunması üçün hər fürsəti yaratmağa, Azərbaycana dəstək göstərməyə hazırıq".

Səfir Pakistanın Baş naziri Şahbaz Şərifin COP29-da iştirak üçün Azərbaycana edəcəyi səfər çərçivəsində iki ölkənin birgə əməkdaşlığının inkişafı üçün görüləcək işlərdən də danışıb: "Hazırda səfərin gündəliy məlum deyil. Hansısa sənədlərin imzalanıb-imzalanmayacağı bəlli deyil. Səfərin məqsədi COP29-da iştirak olacaq. Ətraf-mühit, iqlim mövzularında müzakirələr aparmaqda, əməkdaşlıqda maraqlıyıq və COP çərçivəsində Azərbaycana bacardığımız dəstəyi göstərməyə hazırıq".

Sizinxeber.az

Oxşar xəbərlər

Qasım Mohiuddin: Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması üçün Azərbaycana dəstək göstərməyə hazırdır
Bayden: ABŞ COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək”
Polşa Prezidenti Azərbaycana səfər edəcək
Pakistanın yeni səfiri COP29 Azərbaycan Əməliyyat Şirkətinin sədri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər