“Fitch” SOCAR-ın reytinqi ilə bağlı proqnozunu yüksəldib
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqini (IDR) və yüksək təminatsız reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib.
Sizinxeber.az report-a istinadən xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumatı görə, uzunmüddətli IDR üzrə proqnoz “stabil”dir. Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.
SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın (BBB-/stabil) reytinqi ilə bərabərləşdirilib. Bu, şirkətə maliyyə zəmanətləri, nağd töhfələr və kapital qoyuluşları formasında dövlət dəstəyi, eləcə də SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti ilə əsaslandırılır.
“Biz SOCAR-ın müstəqil kredit qabiliyyətini “bb-“ səviyyəsində qiymətləndiririk ki, bu da onun orta həcmli neft və qaz hasilatını, güclü maliyyə profilini və korporativ idarəetmə məhdudiyyətlərini əks etdirir”, - “Fitch”in məlumatınaa qeyd olunub.
Oxşar xəbərlər
“Fitch”: SOCAR 2023-2025-ci illərdə hasilatı artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maliyyə Nazirliyi: "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fitch Ratings” Azərbaycanın dövlət borcu ilə bağlı proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












