Maliyyə Nazirliyi: "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edirik
Maliyyə Nazirliyi “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.
"8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür", – açıqlamada qeyd olunub.
Bildirilib ki, dövlət qurumu "əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reytinq agentliklərini ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı".
"Sevindirici haldır ki, artıq “Fiç Reytingz” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul etmişdir. Ümidvarıq ki, digər beynəlxalq kredit reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər", – Maliyyə Nazirliyinin açıqlamasında diqqətə çatdırılıb.
Xatırladaq ki, “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.
Oxşar xəbərlər
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fitch” Azərbaycanın qeyri-neft büdcə kəsirinin azaldılması planlarını təxirə salmasının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fitch: Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Xarici dövlət borcumuz 5 milyarda qədər enə bilər” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












