Rəşad Nəbiyev: "Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır"
Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır.
"Sizinxeber.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir Ərəb Respublikasının Milli Gününün 72-ci ildönümü ilə bağlı tədbirdə bildirib.
Nazir qeyd edib ki, hazırda "Azərbaycan Hava Yolları" (AZAL) Bakı ilə Şarm Əl-Şeyx arasında uçuşlar həyata keçirir: "Nəzərə alsaq ki, Misirə səyahət edən azərbaycanlıların sayı təxminən 3 dəfə artıb, birbaşa uçuşlar bu rəqəmləri daha da artıra bilər".
R.Nəbiyev bildirib ki, bu ilin sonunadək iki ölkə arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasının keçiriləcəyi planlaşdırılır: "Azərbaycanla Misir arasında münasibətlər inkişaf edir. Bu il münasibətlərin 32 ildönümüdür. İndiyənədək ölkələr arasında 49 sənəd imzalanıb. 2024-cü ilin 6 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb".
Oxşar xəbərlər
Yekaterinburq və Bakı arasında yeni aviareys açılacaq
Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir
Azərbaycan və Kamboca turizmi inkişaf etdirir: Vyetnam və Laosa kombinə edilmiş turlar da mümkündür
Deputat: Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə yüksəksəviyyəli əməkdaşlıq mövcuddur
AZPROMO: Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi təxminən 32 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












