Sahil Babayev: Azərbaycan və Serbiya arasında əməkdaşlıq dayanıqlı bünövrəyə əsaslanır
Azərbaycan və Serbiya arasında əməkdaşlıq dayanıqlı bünövrəyə əsaslanır.
Sizinxeber.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə birgə keçirilən brifinq zamanı deyib.
“İqtisadiyyat, sosial, nəqliyyat və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq bağları var”, - deyə o əlavə edib.
Nazir bildirib ki, bu gün imzalanacaq protokol növbəti illər ərzində əməkdaşlığın inkişafına rəvac verəcək.
Brifinqdə çıxış edən Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç deyib ki, Azərbaycanla Serbiya əlaqələri son illərdə daha da inkişaf edib.
“Onu qeyd edim ki, ölkələrimiz arasında artıq siyasi əməkdaşlıq da mövcuddur. Biz beynəlxalq siyasi arenada eyni siyasi prinsipləri müdafiə edirik. Mən xüsusilə Kosova ilə bağlı dəstəyə görə ölkənizə minnətdaram”.
Nikola Selakoviç Azərbaycanın suverenliyinə dəstəyini yenidən ifadə edib.
“Bu yöndə münaqişədən sonra qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı münasibətilə sizi təbrik edirəm”.
Oxşar xəbərlər
Sahil Babayev: Azərbaycan və Serbiya arasında dayanıqlı bünövrəyə əsaslanır
Bakıda Azərbaycan və Serbiya Hökumətlərarası Komissiyanın iclası keçirilir
Astanada Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 20-ci iclası keçirilir
Milli Məclis Azərbaycanla Serbiya arasındakı sazişi ratifikasiya edib
Azərbaycanla Türkiyə arasında ekoloji sahədə əməkdaşlıq müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













