Azərbaycanda əhali artır: Bəs ictimai nəqliyyatdan istifadə? - ARAŞDIRMA
sizinxeber.az xəbər saytı

Azərbaycanda əhali artır: Bəs ictimai nəqliyyatdan istifadə? - ARAŞDIRMA


Azərbaycanda 2021-2024 illərdə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 6 mlrd. 846 mln. 959 min sərnişinə xidmət göstərib.

Sizinxeber.az-Economics”in apardığı hesablamalara əsasən, 2021, 2022, 2023 və 2024-cü illərdə ölkə üzrə sərnişindaşıma hər il illik müqayisədə müvafiq olaraq 3,1%, 33,5%, 18,7% və 8,5% artıb.

Bu illər ərzində 6 mlrd. 65 mln. 519 min sərnişin avtomobil nəqliyyatı (avtobusla 4 mlrd. 388 mln. 160 min sərnişin), 748 mln. 60 min sərnişin metro, 33 mln. 379 min sərnişin isə digər nəqliyyat növləri ilə daşınıb.

Azərbaycanda nəqliyyatçılar 2021-ci ildə 1 mlrd. 214 mln. 153 min (illik 3,1% +), 2022-ci ildə 1 mlrd. 621 mln. 129 min (illik 33,5% +), 2023-cü ildə 1 mlrd. 923 mln. 677 min (illik 18,7% +), 2024-cü ildə 2 mlrd. 88 mln. (illik 8,5% +) sərnişinə xidmət göstərib.

Ölkə üzrə avtomobil nəqliyyatı ilə sərnişindaşıma

Azərbaycanda sərnişindaşıma üzrə statistik göstəricilər, min sərnişin
Nəqliyyat növü 2021 Artım (%) 2022 Artım (%) 2023 Artım (%) 2024 Artım (%)
Bütün nəqliyyat növləri 1214153,00 3,10% 1621129,00 33,50% 1923677,00 18,70% 2088000,00 8,50%
Avtomobil nəqliyyatı 1119449,07 1,90% 1405518,84 25,50% 1694759,44 20,57892 1845792,00 8,90%
o cümlədən avtobus 1032999,8 -2,10% 1321206,7 27,90% 1599981,3 21,10% 1755179 9,70%
Metro 90232,40 20,80% 208696,10 2,3 dəfə 219452,00 5,20% 229680,00 4,60%
Digər nəqliyyat növləri 4471,53 49,00% 6914,06 54,60% 9465,56 36,90% 12528,00 32,40%

Ümumi avtomobil nəqliyyatı növləri ilə sərnişindaşıma 2021-ci ildə 1 mlrd. 119 mln. 449 min nəfər, 2022-ci ildə 1 mlrd. 405 mln. 518 min nəfər, 2023-cü ildə 1 mlrd. 694 mln. 759 min nəfə, 2024-cü ildə 1 mlrd. 845 mln. 792 min nəfər olub. Digər nəqliyyat növləri ilə (metro istisnadır) 2021-ci ildə 4 mln. 471 min, 2022-ci ildə 6 mln. 914 min, 2023-cü ildə 9 mln. 465 min, 2024-cü ildə 12 mln. 528 min sərnişin daşınıb.

Ölkə üzrə avtobusla sərnişindaşıma 2021-ci ildə illik müqayisədə 2,1% azalaraq 1 mlrd. 32 mln 999 min nəfər, 2022-ci ildə 27,9% artaraq 1 mlrd. 321 mln. 206 min nəfər, 2023-cü ildə 21,1% artaraq 1 mlrd. 599 mln. 981 min nəfər, 2024-cü ildə 9,7% artaraq 1 mlrd. 755 mln. 179 min nəfər təşkil edib.

Bakıda sərnişindaşımada vəziyyət

Bakı metrosu 2021-ci ildə 90 mln. 232 min, 2022-ci ildə 208 mln. 696 min, 2023-cü ildə 219 mln. 452 min, 2024-cü ildə 229 mln. 680 min sərnişinə xidmət göstərib. İllik müqayisədə metro ilə sərnişindaşıma 2021-ci ildə 20,8%, 2022-ci ildə 2,3 dəfə, 2023-cü ildə 5,2%, 2024-cü ildə 4,6% artıb.

Bakıda sərnişindaşıma üzrə statistik göstəricilər, min sərnişin
Nəqliyyat növü 2021 Artım (%) 2022 Artım (%) 2023 Artım (%) 2024 Artım (%)
Avtobus 444000,00 7,50% 502000,00 13,10% 448000,00 -10,80% 476000,00 6,25%
Metro 90232,40 20,80% 208696,10 2,3 dəfə 219452,00 5,20% 229680,00 4,60%

Bakıda avtobuslarla 2021-ci ildə 444 mln., 2022-ci ildə 502 mln., 2023-cü ildə 448 mln., 2024-cü ildə 476 mln. sərnişin daşınıb. İllik müqayisədə 2021-ci ildə Bakıda avtobusla sərnişindaşıma 7,5%, 2022-ci ildə 13,1% artıb, 2023-cü ildə 10,8% azalıb, 2024-cü ildə 6,25% artıb.

2025-ci ilin birinci rübündə Azərbaycanda nəqliyyatçılar 472,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. İlin ilk üç ayında ölkədə avtobusla sərnişindaşıma 397 mln. 826 min nəfər təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur. Bakı metrosu isə yanvar-mart aylarında 52 mln. 837 min sərnişinə xidmət göstərib ki, bu da illik müqayisədə 1,3% azdır.

Azərbaycanda əhali artmaqdadır

Azərbaycanda əhalinin sayı üzrə statistik göstəricilər, min nəfər
Ərazi 2021 Artım (%) 2022 Artım (%) 2023 Artım (%) 2024 Artım (%)
Ölkə üzrə 10164464 36,87% 10135373 -28,62% 10180800 44,82% 10224889 43,31%
Bakı şəhəri 2334,3 0,05% 2330,7 -0,15% 2336,6 0,25% 2344,9 0,36%

Qeyd edək ki, Azərbaycan əhalisinin sayı 2021-ci ildə 10 164 464 nəfər, 2022-ci ildə 10 135 373 nəfər, 2023-cü ildə 10 180 800 nəfər, 2024-cü ildə 10 224 889 nəfər olub. Göstəricilərə əsasən, ölkə əhalisi 2021-ci ildə 36,87% artıb, 2022-ci ildə 28,62% azalıb, 2023-cü ildə 44,82%, 2024-cü ildə isə 43,31% artıb. Bakıda isə əhalinin sayı 2021-ci ildə 2 334,3 min nəfər, 2022-ci ildə 2 330,7 min nəfər, 2023-cü ildə 2 336,6 min nəfər, 2024-cü ildə isə 2 344,9 min nəfər olub. İllik müqayisədə Bakıda əhalinin sayı 2021-ci ildə 0,05% artıb, 2022-ci ildə 0,15% azalıb, 2023-cü ildə 0,25%, 2024-cü ildə 0,36% artıb.

Oxşar xəbərlər

Bank sektorunun biznes kreditləri 2 mlrd. manatdan çox artıb
Nəqliyat sektorunda yük və sərnişin daşımaları artıb
Dünya Bankı: Azərbaycan su təchizatında səmərəliliyi artırmaqla 1,5 mlrd. manat vəsaitə qənaət edə bilər
Dünya Bankı: Azərbaycan su təhcizatında səmərəliliyi artırmaqla 1,5 mlrd. manat vəsaitə qənaət edə bilər
Azərbaycanda sərnişindaşıma 9% artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər