27 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
sizinxeber.az xəbər saytı

27 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək


"Bakı Marafonu 2025" ilə əlaqədar mayın 4-də nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq, 27 sayda müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

Bu barədə Sizinxeber.az-ya AYNA-dan məlumat verilib.

Bildirilib ki, 1 nömrəli marşrutun hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri, 2 nömrəli marşrutun hərəkəti Təbriz küçəsi, 4 və 10 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə təşkil ediləcək.

5, 88 və 88A nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olacaq.

21, 32, 46 və 120 nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olmaqla fəaliyyətləri Ağ Şəhər - Babək prospekti;

20, 72 və 120E nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla fəaliyyətləri Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi ilə təşkil ediləcək.

6 nömrəli marşrut “Azadlıq prospekti” metrostansiyası - Axundov bağı istiqamətində fəaliyyət göstərəcək.

18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı);

30 və 49 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası (Xocalı prospekti);

53 nömrəli marşrutun son dayanacaq məntəqəsi “20-ci Sahə” dairəsi olacaq.

61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Bülbül prospekti – Xaqani küçəsi;

65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi ilə təşkil ediləcək.

120A nömrəli marşrutun hərəkəti Şəfəq küçəsi ilə təşkil olunacaq.

125 nömrəli marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi;

149 nömrəli marşrutun son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası olmaqla fəaliyyətləri İpək yolu - Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.

205 nömrəli marşrut İpək yolu - Mikayıl Müşfiq küçəsi istiqamətində fəaliyyət göstərəcək.

E1 nömrəli müntəzəm marşrutun fəaliyyəti İpək yolu, Mikayıl Müşfiq və Şəmsi Bədəlbəyli küçələri ilə təşkil olunacaq.

H1 nömrəli marşrutun Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkəti Xətai prospekti ilə təşkil ediləcək.

Oxşar xəbərlər

Bakıda 27 sayda müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Noyabrın 4-dən Bakıda 31 avtobus marşrutunun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI
COP29-la əlaqədar 57 avtobusun hərəkət sxemi dəyişdirilir
Noyabrın 4-dən bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI
Sabahdan Bakıda bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər