"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" sərnişin daşınmasını 5%-ə yaxın azaldıb
Bu ilin I rübündə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bərə gəmiləri ilə 5 882 sərnişin daşınıb.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % azdır.
Yanvar-mart aylarında gəmi ilə səyahət etmiş şəxslərin 670-i bileti elektron sistem vasitəsilə alıb.
Hesabat dövründə ən çox elektron bilet sifarişi Ələt–Kurık marşrutu üzrə qeydə alınıb – 517 bilet. Digər istiqamətlər üzrə 87 bilet Kurık–Ələt, 57 bilet Ələt–Türkmənbaşı, 9 bilet isə Türkmənbaşı–Ələt istiqamətində rəsmiləşdirilib.
ASCO-nun elektron bilet sifarişi sistemi 2016-cı ildən Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması, eləcə də yük və sərnişin daşımalarında sənədləşmə prosesinin sadələşdirilməsi və operativliyin təmin edilməsi məqsədilə fəaliyyət göstərir.
Sərnişinlər və yük daşıyıcıları internet ünvanına daxil olaraq onlayn bilet sifariş edə bilirlər. Sistemə daxil olduqdan sonra istifadəçilər yükün növü, yüklənmə və gediş limanları, nəqliyyat vasitəsi və ödənişçi barədə məlumatları təqdim edir və sistem avtomatik biletlərin dəyərini hesablayır.
Xatırladaq ki, hazırkı karantin rejimi ilə əlaqədar olaraq, Azərbaycan vətəndaşlarının bərə ilə ölkəni tərk etməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur. Xarici ölkə vətəndaşlarının ölkədən çıxarkən bu icazəni təqdim etməsinə ehtiyac yoxdur. Lakin Azərbaycana bərə ilə daxil olmaq istəyən həm Azərbaycan, həm də xarici vətəndaşlar həmin icazəni əldə etməlidirlər.
Oxşar xəbərlər
Bu il ASCO-nun gəmi-bərələri ilə 6 000-nə yaxın sərnişin daşınıb
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 10 %-dən çox artırıb
Bu il ASCO-ya məxsus tankerlərlə daşınan maye yüklərin həcmi 8 %-ə yaxın artıb
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfədən çox artıb
ASCO-nun yükdaşıma göstəricilərində yanvarda artım qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












