Puşkin küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
sizinxeber.az xəbər saytı

Puşkin küçəsində xüsusi hərəkət zolağı təşkil edilib


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

AYNA-dan "Sizinxeber.az"a bildirilib ki, nəqliyyat axınını tənzimləmək və ictimai nəqliyyatın effektivliyini artırmaq məqsədilə Puşkin küçəsində də hərəkət zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Qeyd edək ki, dəyişiklik zamanı ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.

Hazırda sözügedən küçə üzrə 10 avtobus marşrutu fəaliyyət göstərir. Bu dəyişiklik nəticəsində sərnişinlərin yol qət etmə vaxtı əvvəlki ilə müqayisədə azalıb. Avtobusların sürəti isə pik saatlarda 3 km/saat-dan 10 km/saat-a qədər artıb.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.

Oxşar xəbərlər

Bakının Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Şərifzadə küçəsində xüsusi avtobus zolağı təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zolaqlarla hərəkət edən avtobuslarla gün ərzində 900 minə yaxın sərnişin daşınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Abbas Mirzə Şərifzadə küçəsində xüsusi hərəkət zolağı təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər