Azərbaycanın “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Handysize” tipli “Xocalı” gəmisi istismar müddətində ilk dəfə Hind okeanına daxil olub.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, martda ABŞ-nin Portland limanından 37 000 ton kalsiumlu soda yükləyən gəmi Sakit okeanla hərəkət edərək İndoneziyanın Cakarta limanına çatıb. Burada yükün bir hissəsi boşaldıldıqdan sonra “Xocalı” İndoneziya və Malayziya arasındakı Malakka boğazını keçərək Hind okeanına yönəlib. Hazırda Hindistan istiqamətində hərəkət edən gəmi marşrut çərçivəsində ilk olaraq Kattupalli limanında, daha sonra Kandla limanında yükboşaltma əməliyyatını yerinə yetirəcək.
Bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması, fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə ötən ilin mayında istismara verilib. Onun dedveyti 38 593 ton təşkil edir. Gəminin uzunluğu 180 metr, eni 30 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi məhdudiyyətsiz üzmə imkanlarına malikdir.
Oxşar xəbərlər
ASCO-nun “Murovdağ” gəmisi Kolumbiya və Ekvadora ilk səfərini tamamlayıb
ASCO: “Murovdağ” yük gəmisinin ilk səfəri Kolumbiyaya olacaq
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
ASCO-nun “Professor Gül” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
ASCO “Qarabağ” gəmisini rebredinq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
