AZAL sərnişindaşımaları 7% artırıb
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarını elan edib.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin ilk üç ayında aviaşirkət 89% uçuşların vaxtında yerinə yetirilməsi göstəricisi ilə 48 istiqamət üzrə 3 718 reys yerinə yetirib.
2024-cü ilin birinci rübü ilə müqayisədə punktuallıq göstəricisi üzrə 1%, reyslərin sayı üzrə isə 4% artım müşahidə olunub.
Qeyd edək ki, 2025-ci ilin mart ayında punktuallıq göstəricisi 93%-ə çatıb.
Sözügedən dövr ərzində 865 000 sərnişin daşınıb. Ötən ilin birinci rübündə bu göstərici 811 000 nəfər olub ki, bu da sərnişin sayında 7% artım deməkdir.
Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 2025-ci il 12 yanvar tarixində qeydə alınıb. Ötən ilin yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 200 nəfər olub.
Oxşar xəbərlər
ADY yanvarda sərnişindaşımaları 15% artırıb
AZAL ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib
Bakı aeroportunda bu il sərnişin axını 33% artıb
Azərbaycanda dəmir yolu ilə yüklərin daşınması 10%-ə yaxın artıb
AZAL Naxçıvan Aeroportunda sərnişin sıxlığı ilə bağlı açıqlama yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












