Azərbaycanda dəmir yolu ilə yüklərin daşınması 10%-ə yaxın artıb
Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında 1,5 mln. ton yük, 713,7 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 2024-cü ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 9,6%, sərnişin daşınmasında isə 14,6% artım müşahidə olunub.
Orta hesabla sutkada 436 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,3 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.
Xatırladaq ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ildə 18,5 milyon ton yük, 8531,2 min sərnişin daşınıb. 2023-cü illə müqayisədə yük daşınmasında 1,4%, sərnişin daşınmasında isə 18,7% artım müşahidə olunub.
Oxşar xəbərlər
Dəmir yolu ilə sərnişindaşımaları 24%-dək artıb
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 20%-dən çox artıb
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 18%-dən çox artıb
Azərbaycanda dəmir yolu ilə sərnişin daşınmaları 20%-dən çox artıb
Azərbaycanda dəmir yolları ilə yükdaşıma azalıb, sərnişindaşıma isə artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












