AZAL ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb. İyulun 25-nə olan məlumata görə, aviaşirkət 2024-cü ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.
Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan “Azərbaycan Hava Yolları” aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.
Qeyd edək ki, 2024-cü ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə AZAL-ın sərnişinlərinin sayında beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.
Oxşar xəbərlər
AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb
AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb
AZAL Moskvadan yola düşən sərnişinlərə müraciət edib
Gömrük Komitəsi dövlət büdcəsinə köçürmələrinin həcmini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













