Bakı-Sumqayıt qatarlarında gecikmənin səbəbi açıqlanıb
Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatar texniki nasazlıq səbəbindən Goradil stansiyasında dayandığı üçün digər sərnişin sürət qatarlarında gecikmələr baş verib.
Bu barədə "Sizinxeber.az"a "Azərbaycan Dəmir Yolları"ndan (ADY) məlumat verilib.
Qeyd edilib ki, bu səbəbdən saat 18:00-19:00 radələrində Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarlarda gecikmə müşahidə olunub.
"Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb. Qatar Goradil sahəsində yarım saata qədər dayanıb. Bu, pik saatlar olduğu üçün Abşeron dairəvi marşrutu üzrə digər qatarların hərəkətinə də bir qədər təsir göstərib. Problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək", - ADY-dən vurğulanıb.
Qeyd edək ki, gecikmələrlə əlaqədar stansiyalarda insan sıxlığı var.
Oxşar xəbərlər
ADY: Bakı-Pirşağı-Sumqayıt istiqamətində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB
ADY: Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə reyslər artırılır
Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir
ADY: Bakı-Sumqayıt sərnişin qatarında texniki nasazlığa görə ləngimə yaranıb
Bakı-Sumqayıt qatarları gecikir, insanlar stansiyada qalıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
