Azərbaycanda avtomobil yolları istifadəçilərinin məsuliyyəti artırılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda avtomobil yolları istifadəçilərinin məsuliyyəti artırılıb


Prezident İlham Əliyev "Avtomobil yolları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

"Sizinxeber.az" xəbər verir ki, yenilənmiş qanuna aşağıdakı yeni anlayışlar daxil edilib:

- ödəniş məntəqəsi – ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır;

- buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir.

Bundan başqa, yeni qanunla bundan sonra avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, eləcə də buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyacaqlar.

Oxşar xəbərlər

Azərbaycanda "Avtomobil yolları haqqında" qanun dəyişdiriləcək
Ödənişli yollardan istifadə qaydalarını pozmağa görə cərimələrin tətbiqi birinci oxunuşda təsdiqlənib
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən olunur
Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - SİYAHI
Azərbaycanda ödənişli yoldan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər