Azərbaycanda "Avtomobil yolları haqqında" qanun dəyişdiriləcək
Azərbaycanda ödənişli avtomobil yollarından istifadə qaydalarını pozan şəxslərin məsuliyyət daşıması üçün hüquqi əsasın yaradılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, "Avtomobil yolları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənəd bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında müzakirə edilib. Parlamentin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bildirib ki, layihə ödənişli avtomobil yollarından istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Təklif edilən dəyişikliyə əsasən, avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, habelə buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyırlar.
Həmçinin inzibati məsuliyyətə səbəb olan bu halların tətbiqi zamanı hüquqi müəyyənliyin olması üçün qanuna iki yeni anlayış - “ödəniş məntəqəsi” və “buraxılış məntəqəsi” anlayışları daxil edilir.
Oxşar xəbərlər
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən olunur
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
