TƏBİB: Qaradağda yol qəzasında xəsarət alanlar hospitalizasiya olunur – YENİLƏNİB-2
Qaradağda baş verən yol qəzası ilə əlaqədar əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Bu barədə TƏBİB-dən "Sizinxeber.az"un sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, 2025-ci il yanvarın 4-də saat 10:40 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Dərhal hadisə yerinə briqada cəlb olunub.
Xəsarət alan iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunur.
Bir nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.
Bu gün səhər saat 10:30 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qəza qeydə alınıb.
Bu barədə "Sizinxeber.az"a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış 77-FF-02 Tacikistan dövlət nömrə nişanlı “Volvo” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.
"Sizinxeber.az" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilir ki, hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı
Bakıda avtobus yük maşını ilə toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB
Bakıda avtobus yük maşınına çırpılıb, ölən və yaralananlar var - YENİLƏNİB
Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














